Cari ilin yanvarında havaların əlverişsiz keçməsinə baxmayaraq, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri ilə daşınan yüklərin həcmi artıb. Belə ki, ilin ilk ayında dəniz nəqliyyatı ilə 4676 vaqon daşınıb. Bu, keçən ilin müvafiq dövrü ilə müqayisədə 58% artım deməkdir. 3237 vaqonda quru, 1439 vaqonda isə maye yüklər olub. Ümumilikdə daşınmış yüklərin həcmi 300 515 ton təşkil edib.
Hesabat dövründə 1368 avtomaşının daşınması isə keçənilin eyni dövründəki nəticəni 15 faiz üstələməyə imkan verib.
2017-ci ilin yanvarında bütün istiqamətlər üzrə 201 səfər həyata keçirilib. Onların 21-i Ro-Ro tipli gəmilərlə, 180-i bərələrlə gerçəkləşdirilib. 2016-cı ilin eyni dövründə isə 142 səfər edilib. Bu səfərlərin 19-u Ro-Ro, 123-ü bərələrin payına düşür.
Eyni zamanda yanvarda dəniz nəqliyyatı ilə 1204 sərnişin daşınıb. Bu göstərici də ötən ilin müvafiq dövrü ilə müqayisədə 167 nəfər çoxdur.
Xatırladaq ki, Gəmiçilik daşımalar üçün online sifariş də qəbul edir. Yükün növü, yüklənmə və gediş limanları, ödəyən şəxs və daşınan nəqliyyat vasitəsi barədə məlumatlar daxil edildikdən sonra biletin qiyməti avtomatik hesablanır. Bu sistem istifadəçi üçün vaxt itkisinin qarşısının alınması baxımından çox əlverişlidir. Tariflər qurumun www.acsc.az internet saytında yerləşdirilib.
Ana səhifə Konfidensiallıq Vakansiyalar Məktub yaz
Copyright © 2016. “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti. Bütün hüquqlar qorunur.
Ünvan: AZ1005, Azərbaycan Respublikası
Bakı şəhəri, M.Ə. Rəsulzadə küçəsi 5
Tel.: +99412 404 37 00
Faks: +99412 404 38 00
E-mail: contact@acsc.az