Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş Beynəlxalq elmi-texniki konfrans

851

MƏQALƏLƏRİN TƏRTİBİ QAYDALARI

  1. Əlyazma A4(210x297mm) formatlı, yuxarı və aşağıdan 25 mm, soldan və sağdan 20mm boş yer saxlamaqla çap olunur. Əlyazmanın həcmi 8-10 səhifədən çox olmamalıdır.
  2. Hər bir məqalədə UOT indekslər və ya PACS tipli kodlar göstərilməlidir.
  3. Məqalə üç dildə- azərbaycan, rus və ingilis dillərində çap oluna bilər. Məqalədə xülasə 3 dildə və 100-150 söz aralığında verilməlidir. Müxtəlif dillərdə olan xülasələrin mətnləri eyni və məqalənin məzmununa uyğun olmalıdır. Açar sözlər üç dildə-azərbaycan, rus və ingilis dillərində verilməlidir.
  4. Məqalənin mətnləri azərbaycan dilində-latın, rus dilində-kiril, ingilis dilində-ingilis əlifbası ilə Times New Roman versiyasında 12 şrift ilə, bir intervalla yığılmalıdır.
  5. Tənliklər və düsturlar mətndən bir boş sətirlə ayrılmalıdı.
  6. Düsturları, ardıcıl olaraq, sətrin sağ tərəfində dairəvi mötərizələrdə yerləşdirilmiş ərəb rəqəmləri ilə nömrələmək lazımdır.
  7. Simvolların və ədədi əmsalların izahı bilavasitə düsturun altında, onların düsturda rast gəldiyi ardıcıllıqla verilməlidir.
  8. Məqalənin nəticələrində elm sahəsinin və məqalənin xarakterinə uyğun olaraq işin elmi yeniliyi, tətbiqi əhəmiyyəti, iqtisadi səmərəsi və əsas alınan nəticələr aydın şəkildə verilməlidir.
  9. Məqalənin sonunda verilən ədəbiyyat siyahısı istinad olunan ədəbiyyatların mətndə rast gə­­­lin­diyi ardıcılıqla verilməlidir. Onlara istinad [1] və ya [1,s.119] kimi işarə olunmalıdır. Ədə­­biy­yat siyahısında son 5-10 ilin elmi məqalələrinə, monoqrafiyalarına və s. istinadlara üstünlük veril­­­mə­lidir.
  10. Məqalədə müəllif(lər)in işlədiyi müəssisə və onun ünvanı, müəllifin elektron poçt ünvanı göstər­məlidir.
  11. Məqalənin sonunda məqaləni çapa tövsiyə edən müəssisənin elmi şurasının müvafiq iclas protokolunun nömrəsi və uyğun tarixi qeyd olunmalıdır.
  12. Müəllif(lər) məqalənin çap olunması üçün yazılı surətdə razılıq verməlidir(lər).
  13. Səhifələr vərəqin sağ tərəfdəki aşağı küncündə karandaşla nömrələnməlidi.
  14. Əlyazmada aşağıdakı ardıcıllıq gözlənməlidir:
  • UOT indeks(qalın, 11 ölçü, böyük hərflərlə, məqalənin yuxarısında, sol hissədə abzas­dan ya­zıl­­malı);
  • məqalənin adı(qalın, 12 olçü, böyük hərflərlə yazılmalı, UOT indekslə məqalənin adı arasında iki interval buraxılmalıdır);
  • müəllif(lər)in soyadı, adı, atasının adı (qalın, 12 olçü, kiçik hərflərlə yazılmalı, məqalənin adı ilə mü­əl­lif(lər)in soyadı arasında bir interval buraxmalıdır);
  • təşkilatın adı, ünvanı, E-mail (12 olçü, kursiv, kiçik hərflərlə yazılmalı, müəllif(lər)in soyadı ilə təşkilatın adı, ünvanı, E-mail arasında bir interval buraxılmalıdır);
  • Xülasə
  • Abstract
  • Аннотация
  • Açar sözlər
  • Key words
  • Ключевые слова
  • Giriş
  • Məsələnin qoyuluşu
  • Alınmış nəticələrin analizi
  • Nəticə
  • İstifadə olunmuş ədəbiyyat
  1. Əlyazmalar 2 nüsxədə və elektron variantda təqdim olunur.