Azərbaycanda 4 nəfər ölümün cəngindən belə xilas edildi

691
10 mart 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə sahildən 150 km uzaqda dənizə balıq tutmaq məqsədi ilə çıxan balıqçıların qayığının deşilərək içərisinə su dolması və batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olmuşdur. Dərhal Nazirliyin Aviasiya Dəstəsinin 1 ədəd helikopteri xilasedicilər qrupu ilə birlikdə hadisə yerinə cəlb edilib.
FHN-in məlumat verir ki, görülmüş operativ xilasetmə əməliyyatı nəticəsində balıqçılar – Əliyev Nəbi Abdulla oğlu, Axundov Loğman Ərəstun oğlu, Əliyev Azər Nəbi oğlu və Quliyev Bəxtiyar Aydın oğlu xilas olunmuşdur. Balıqçılar FHN-in Aviasiya Dəstəsinin helikopteri ilə sahilə gətirilmişdir.