Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası «Kimyəvi maddələr daşıyan tankerlərdə yük əməliyyatına dair geniş proqram üzrə hazırlıq»la bağlı ELAN EDİR:

629

Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası

«Kimyəvi maddələr daşıyan tankerlərdə yük əməliyyatına dair geniş proqram üzrə hazırlıq»la bağlı ELAN EDİR:

Bildiyiniz kimi dəniz nəqliyyatı sahəsində dənizçilər hər bir gəminin tipinə (təyinatına) görə xüsusi hazırlıq kursları keçməlidir. Bu gəmi tiplərindən biri kimyəvi maddələr daşıyan tankerlərdir. Bu günə qədər belə kurslar ölkəmizdə fəaliyyət göstərən təlim mərkəzlərində keçirilmirdi. Buna görə dənizçilər xarici ölkələrin təlim mərkəzlərinə üz tuturdular. Bu da öz növbəsində çətinliklərin yaranması ilə yanaşı maliyyə vəsaiti sıxıntısına və zaman itkisinə səbəb olurdu.
Artıq kimyəvi maddələr daşıyan tankerlərdə çalışan komandir heyətinin “Kimyəvi maddələr daşıyan tankerlərdə yük əməliyyatına dair geniş proqram üzrə hazırlıq”la bağlı sertifikat əldə etmələri üçün xarici ölkələrdə fəaliyyət göstərən təlim mərkəzlərinə üz tutmalarına ehtiyac qalmadı. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinin nəzdində fəaliyyət göstərən Təlim Mərkəzinin birgə fəaliyyəti və səyi nəticəsində tədris bazası yaradılıb. Kurslar Beynəlxalq Dəniz Təşkilatının “Kimyəvi maddələr daşıyan tankerlərdə yük əməliyyatına dair geniş proqram üzrə hazırlıq” model kursuna uyğun olaraq və Administrasiya tərəfindən təsdiqlənmiş proqrama əsasən həyata keçiriləcəkdir.