Sumqayıtdan dənizə çıxaraq itkin düşən şəxslərin axtarışlarına helikopter cəlb olunub

747

Sumqayıt şəhəri ərazisindən dənizə çıxdığı ehtimal edilən 2 nəfərin axtarışlarına Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “Mi-17” markalı helikopteri cəlb olunub.

Bu barədə “Report”a FHN-dən məlumat verilib.

Məlumatda bildirilib ki, 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğlunun axtarışları paralel olaraq Fövqəladə Hallar Nazirliyinin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən də davam etdirilir.

Axtarış işləri barədə əlavə məlumat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır