Xəzər dənizində zəlzələ baş verib

85

Xəzər dənizinin Azərbaycan sektorunda zəlzələ baş verib.

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, zəlzələ saat 14:03:39-da qeydə alınıb.

Zəlzələnin dərinliyi 47 km, maqnitudası 4,7 olub.

Zəlzələ yaxın yaşayış ərazilərində 3 bala qədər hiss olunub.