İspaniya ilin əvvəlindən Aralıq dənizini keçmək istəyən 401 miqrantı xilas edib

644

İspaniyanın sahil mühafizəsi 2019-cu ilin ilk iki günü ərzində Aralıq dənizini keçmək istəyən 401 miqrantı xilas edib.

Trend-in məlumatına görə, bu barədə Fransanın Təhlükəsizlik və Dənizdə Xilasetmə Xidmətinin nümayəndəsi bildirib.

Onun sözlərinə görə, yanvarın 1-i Cəbəllütariq boğazında və Alboran dənizində 111 miqrant xilas edilib, yanvarın 2-si isə daha 290 miqrantı xilas etmək mümkün olub.

Qeyd edək ki, 2015-ci ildə Yaxın Şərq və Şimali Afrikanın bir sıra ölkələrində münaqişələrin aktivləşməsi səbəbindən bu ərazilərdən Aralıq dənizi vasitəsi ilə Avropa keçmək istəyən miqrantların sayı kəskin artıb. Aralıq dənizi miqrantları Avropa İttifaqı ölkələrinə çatdırılması üçün əsas marşrut sayılır.