Домой Dünyada Çinin yük gəmisi qəzaya uğrayıb, itkin düşənlər var

Çinin yük gəmisi qəzaya uğrayıb, itkin düşənlər var

46
0

Çinin yük gəmisi Cənubi Çin dənizində qəzaya uğrayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə “China Daily” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Nanşa adaları ərazisində baş verib. Qəza nəticəsində gəmi heyətinin 3 üzvü itkin düşüb.

Cənubi Quandun vilayətinin Dənizdə Təhlükəsizliyin Təmin Edilməsi İdarəsinin məlumatında bildirilir ki, daha 8 nəfəri xilas etmək mümkün olub. Hakimiyyət orqanları bundan ötrü əraziyə sahil mühafizəsinin 13 patrul katerini göndəriblər. Katerlər itmiş dənizçilərin axtarışını davam etdirir.

Hadisənin başvermə səbəbi araşdırılır. Xilasetmə işlərinin aparıldığı ərazidə qatı duman olduğundan itkin düşənlərin axtarışı çətinləşib. 

Daha əvvəl Tanzaniyada sərnişin bərəsinin qəzaya uğraması nəticəsində azı 44 nəfər həyatını itirib.

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here