Dəniz quldurları Qvineya körfəzində Rusiyanın 6 vətəndaşını oğurlayıblar

2217

Dəniz quldurları Qvineya körfəzində “MSC Mandy” konteynerdaşıyan gəmisinin altı ekipaj üzvünü oğurlayıblar. 

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə bu barədə Rusiyanın Dəniz və Çay Donanmasının Xilasetmə-Koordinasiya Mərkəzinin məlumatında deyilir.

Qeyd edilir ki, oğurlananların hamısı ruslardır. Məlumata görə, 24 heyət üzvünün olduğu “MSC MANDY” gəmisi sahildən 20 mil məsafədə, Kotonou (Benin) limanında dreyf zamanı piratların hücumuna məruz qalıb. Hadisə zamanı gəmidə 1 Ukrayna və 23 nəfər Rusiya vətəndaşı olub. 

Daha əvvəl Yunanıstanın itkin düşmüş “Pantelena” tankeri də dəniz quldurları tərəfindən ələ keçirilib.