Домой Dünyada NATO gəmiləri Qara dənizə girir: Belə hal olmamışdı

NATO gəmiləri Qara dənizə girir: Belə hal olmamışdı

97
0

NATO gəmilər qrupu Qara dəniz sularına girməyə hazırlaşır.

Turkustan.info xəbər verir ki, bunu Ukraynanın NATO-dakı Nümayəndəliyinin rəhbəri Vadim Pristayko “112 Ukrayna” televiziyasına müsahibəsində deyib.

“Prinsipcə, daimi fəaliyyət qrupları var. Hazırda onlardan birinə Niderland rəhbərlik edir. Onlar da Qara dənizə girməyə hazırlaşırlar. Ümumilikdə alyans gəmilərinin Qara dənizə gəlişi artıb. Keçən il NATO gəmilərindən ibarət iki qrup eyni anda Qara dənizə daxil olmuşdu. Belə bir şey indiyə qədər baş verməyib”, – deyə o bildirib.

Qeyd edək ki, ABŞ-ın “USS Ford MakHenri” gəmisi bir neçə gün öncə Qara dənizə daxil olub. 

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here