Домой Xəbərlər SOCAR güclü küləklə əlaqədar təhlükəsizlik tədbirləri görüb

SOCAR güclü küləklə əlaqədar təhlükəsizlik tədbirləri görüb

35
0

SOCAR güclü küləklə əlaqədar təhlükəsizlik tədbirləri görüb.

Bu barədə SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov AZƏRTAC-a açıqlamasında deyib.

O bildirib ki, yanvarın 9-da günün ikinci yarısından etibarən dənizdə güclü küləyin olacağı gözlənilir. SOCAR Xəzər dənizində hava şəraitinin əsasən şiddətli olduğunu, tez-tez kəskinləşdiyini nəzərə alaraq hava proqnozlarını daim diqqətlə izləyir. Hər zaman havanın kəskinləşməsi ilə bağlı xəbərdarlıqlar daxil olduqda bir qayda olaraq qabaqlayıcı tədbirlər görülür.

SOCAR rəsmisi qeyd edib ki, bu dəfə də hava proqnozuna əsasən istehsalat sahələrində bütün təhlükəsizlik tədbirləri gücləndirilib. Təhlükə yarada bilən işlərin dayandırılması tapşırılıb, yanğına və partlayışa həssas olan yanacaq, sürtük yağları və digər materialların saxlanılmasının təhlükəsizliyi təmin olunub. Həmçinin dəniz özüllərində, estakada yəni meydançalarda zəruri olmayan işçilər çıxarılıb və məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here