“Xəzər Dəniz Gəmiçiliyi” iki MMC yaradıb

84
0

Azərbaycanda “ASCO Nəqliyyat” və “ASCO Mühafizə” MMC-ləri yaradılıb. Hər iki şirkət Vergilər Nazirliyində qeydiyyata alıb.

Oxu.Az xəbər verir ki, yeni şirkətlərin nizamnamə kapitalları müvafiq olaraq 6 276 399 manat və 34 851 manatdır, qanuni təmsilçiləri isə Ramin Malik oğlu Fərzullayev və Sabir Həsən oğlu Hüseynovdur. 

Şirkətlər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) baş ofisi ilə təxminən eyni ünvanda – Bakı şəhəri, Xətai rayonu, Zığ şossesi, 2 237-ci məhəllə ünvanında qeydiyyatdan keçib.