Türkiyədə 52 miqrant batmaq təhlükəsindən xilas edilib

463

Fevralın 3-də səhər saatlarına Türkiyənin Aydın vilayətinin Quşadası rayonu sahillərində miqrantların olduğu rezin qayıq batmaq təhlükəsi ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin Sahil Mühafizə Xidmətinin əməkdaşları qayıqdakı 52 miqrantı xilas ediblər. Qayığın göyərtəsindəki qaçqınlardan 25-i uşaq, 13-ü qadın, qalanları isə kişi olub.

Aparılan araşdırmalardan sonra miqrantların qanunsuz yolla Yunanıstana getmək istədikləri müəyyənləşib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır