Домой Xəbərlər Milli Məclis “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiq edəcək

Milli Məclis “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanı təsdiq edəcək

22
0

Milli Məclis “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiyanın təsdiq edilməsi məsələsin müzakirə edəcək.

Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin fevralın 12-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

Qeyd edək ki, 22 il sürən sistemli danışıqlardan sonra avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlət başçılarının V Zirvə toplantısında “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanıb.

Konvensiyanı Azərbaycan Prezidenti İlham Əliyev, İran Prezidenti Həsən Ruhani, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev, Rusiya Prezidenti Vladimir Putin və Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov imzalayıblar.

ОСТАВЬТЕ ОТВЕТ

Please enter your comment!
Please enter your name here