Dəniz Akademiyasında “Peşəkar karyera inkişafı və imkanları” mövzusunda seminar keçirilib

456

Azərbaycan Dövlət Dəniz Akademiyasında tələbələr üçün “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) sədrinin müşaviri, kapitan Titos Giannakakisin iştirakı ilə “Peşəkar karyera inkişafı və imkanları” mövzusuna həsr olunmuş seminar keçirilib.

ASCO-dan AZƏRTAC-a bildirib ki, 50-dək tələbənin iştirak etdiyi seminarda karyera inkişafı və imkanları sahəsində dünyanın qabaqcıl dənizçilik şirkətləri, ali təhsil müəssisələrindəki mövcud təcrübə barədə məlumat verilib.

T.Giannakakis bildirib ki, istər milli, istərsə də beynəlxalq gəmiçilik şirkətlərində peşəkar dənizçilərə hər zaman ehtiyac duyulur. Buna görə də ASCO-da dənizçi mütəxəssislərin hazırlanmasına hər zaman xüsusi diqqət yetirilir.

Seminarda qeyd olunub ki, artıq Dəniz Akademiyasında “Dəniz naviqasiyası mühəndisliyi” ixtisası üzrə ingilis dilində tədris aparılır. Tələbələrin beynəlxalq standartlara uyğun inkişafının təminatı və peşəkarlığının artırılması məqsədilə onların xarici sularda üzən gəmilərdə təcrübə keçmələrinə imkan yaradılır. Bundan başqa, ASCO və “Columbia Shipmanagement Ltd” arasındakı əməkdaşlığa əsasən seçimlər əsasında əməkdaşlar və tələbələr sözügedən şirkətin gəmilərində təcrübəyə göndərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır