TSQ “Mavi Vətən” təlimində milli hərbi sistemlərindən istifadə edir

424

Türkiyə respublika tarixinin ən böyük hərbi dəniz təlimi olan “Mavi Vətən” eyni zamanda Anadolu yarımadasını çevrələyən üç böyük dənizdə olmaqla, 100-dən çox gəminin iştirakı ilə həyata keçirilir. 

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, təlimdə Türkiyə donanmasının milli dəniz və hava platformaları, sistemlərindən istifadə edilir.

Bildirilir ki, Türkiyə müdafiə sənayesi şirkətlərindən olan HAVELSAN-ın, müdafiə və təhlükəsizlik sahələrində strateji, taktiki, əməliyyat səviyyələrində komanda və idarəetmə, rabitə, məlumat emalı, kəşfiyyat, müşahidə, axtarış ehtiyaclarına yönəlik məhsullarına da təlimdə geniş yer verilib.

HAVELSAN-ın Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığı ilə birlikdə təkmilləşdirdiyi Gəmi İnteqrasiya Müharibə İdarə Sistemi (GENESİS) təlimdə istifadə olunan başqa bir sistemdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır