ABŞ Hərbi Dəniz Qüvvələrinin amfibiya hücum qrupu Yaxın Şərqə yola düşüb

8

ABŞ Hərbi Dəniz Qüvvələrinin dəniz piyadalarını daşıyan üç desant gəmisindən ibarət amfibiya hücum qrupu Yaxın Şərqə yola düşüb.

Denizxeber.az bildirir ki, bu barədə ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutu məlumat yayıb.

Bildirilib ki, USS “Makin Island” amfibiya hücum gəmisi, eləcə də USS “John P. Murtha” və USS “Anchorage” desant gəmilərindən ibarət qrup hazırda Sinqapurda yerləşir və Ərəbistan dənizinə doğru hərəkət edir.

Gəmilər 2,5 min nəfərlik 13-cü Dəniz Ekspedisiya Bölməsini, F-35B qırıcılarını, helikopterləri və digər hərbi texnikanı daşıyır.

Məlumata görə, ABŞ-ın iki təyyarədaşıyan gəmisi – USS “George Bush” və USS “Theodore Roosevelt” də Ərəb dənizində döyüş növbətçiliyini davam etdirir. Bundan əlavə, ABŞ Hərbi Dəniz Qüvvələrinin bir sıra digər döyüş gəmiləri Qırmızı və Aralıq dənizlərində yerləşdirilib.