“Ələt-dəniz” yatağındakı özüllərə baxış keçirilib

428

“Ələt-dəniz” yatağında çalışan neftçilərin əmək və sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün görülən tədbirlərlə tanış olmaq, eləcə də mövcud çatışmazlıqların aradan qaldırılması məqsədi ilə yataqdakı stasionar dəniz özüllərinə baxış keçirilib.

“Report” xəbər verir ki, bu barədə “Azneft” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, çatışmazlıqların həlli üçün müvafiq göstərişlər verilib. Özüllərdə sağlam və təhlükəsiz əmək şəraitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər bundan sonra da davam etdiriləcək.