Qazaxıstanın “Khabar” agentliyi Azərbaycanla ticarət əlaqələrinə həsr olunan süjet hazırlayıb

362

Süjetdə yeni Bakı Limanının fəaliyyətindən bəhs edilib

Qazaxıstanın “Khabar” agentliyi Azərbaycanla ticarət əlaqələrinə həsr olunan süjet hazırlayıb.

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-dən AZƏRTAC-a bildirilib ki, süjetdə iki ölkənin ticarət əlaqələri, limanlarının Avropa-Asiya dəhlizi boyu yükaşırması diqqət mərkəzində olub. Bu baxımdan televiziya kanalı Bakı Limanının fəaliyyəti və Aktau, Kurık limanları ilə əlaqələri haqqında bəhs edib.

Bakı Limanının baş direktoru Taleh Ziyadov bildirib ki, həm Azərbaycan, həm də Qazaxıstan tərəfdə yeni müasir limanlar işə salınır, eyni zamanda, Çindən yüklərin çatdırılma sürətinin artması ilə “orta koridor” adlanan dəhlizə maraq artmaqdadır.

Qeyd olunub ki, əgər əvvəllər yüklər Çindən Kurık limanına 14 gündən artıq müddətə çatdırılırdısa, indi bu rəqəm 6 gün müddətinə endirilib.© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır