“Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Koordinasiya Şurasının 7-ci iclası Tehranda keçiriləcək

402

Martın 4-5-də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Koordinasiya Şurasının 7-ci iclası Tehranda keçiriləcək.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın yollar və şəhərsalma nazirinin müavini Xeyrullah Xatəmi deyib.

Onun sözlərinə görə, iclasda Azərbaycanla yanaşı, Belarus, Qazaxıstan, Oman, Tacikistan, Qırğızıstan, Türkiyə, Rusiya, Ukrayna və Bolqarıstanın nümayəndələri iştirak edəcəklər. Toplantıda iştirakçı ölkələrin yük qəbuletmə və yolasalma imkanları, vahid tariflərin tətbiq olunması və başqa texniki məsələlər müzakirə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır