Mübariz Mənsimov tələbələr üçün Novruz şənliyi təşkil etdi – “Novruz bolluq deməkdir” EKSKLÜZİV – VİDEO – FOTOLAR

624

Milli mənsubiyyəti ilə qürur duymağı bacaran həmyerlimiz Mübariz Mənsimov – indiki zəmanəmizin Hacı Zeynalabdin Tağıyevi. Hər zaman Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideyasından ilhamlanan mübariz adam:

“Azərbaycanlı olmaq bir qürurdur. Allahım onu mənə qismət etdi. Mən haradan çıxdığımı, kim olduğumu çox yaxşı bilirəm”.

… Bu gün azərbaycanlı sahibkar, Türkiyədə yaşayıb-yaradan tanınmış biznesmen Mübariz Mənsimov yenə də qeyri-adi addım atmaqla həmkarlarından fərqlənib. Belə ki, o, bu dəfə Türkiyədə təhsil alan azərbaycanlı tələbələri bir araya yığaraq, onlar üçün Novruz şənliyi təşkil edib. Vətəndən uzaq, doğmalarından ayrı qalan tələbələrin xiffət çəkməməsindən ötrü onlar üçün bayram əhval-ruhiyyəsi yaratmağa çalışıb. Baxın, belə böyük ürəyə sahibdir azərbaycanlı milyonçumuz.

Onu da əlavə edək ki, bu, azərbaycanlı tələbələr üçün birinci ziyafət deyil. Bir müddət öncə “Palmali Group”-un sahibi Mübariz Mənsimov İstanbulda yaşayan azərbaycanlı tələbə və iş adamları üçün iftar süfrəsi açmışdı. Bundan əlavə, tanınmış iş adamı Türkiyədə təhsil alan 100 azərbaycanlı tələbəyə təqaüd də ayırıb və s.

Bu, “Palmali”nin təhsilə verdiyi son töhfə deyil. Belə ki, şirkətin prezidenti, xeyriyyəçi iş adamı Mübariz Mənsimov yeni təhsil ilində də eyni şərtlərə uyğun gələn tələbələrə təqaüdlərin verilməsini nəzərdə tutub. Xatırladaq ki, “Palmali” indiyədək dünyanın müxtəlif universitetlərində təhsil alan 20 minə yaxın azərbaycanlı tələbəyə təqaüd verib.

M.Mənsimovun qazandığı böyük nüfuz biznes fəaliyyəti ilə məhdudlaşmır, yaşadığı ölkədəki ictimai-siyasi həyatında göstərdiyi fəaliyyət, ictimai proseslərdə fəal və intensiv iştirakı geniş əks-səda doğurub. Müasir ictimai-siyasi proseslərin hadisə və meyllərin dərinliyini duymaq, işçilərin rifahı naminə mücadilə etmək onun ictimai fəaliyyətinin mərkəzində dayanıb. İnsan psixologiyasını duymaq, kövrələn insan qəlbini ələ almağı bacaran, zəngin dünyagörüşü, geniş məlumat dairəsi və fəal həyat mövqeyindən qaynaqlanan nəzəri düşüncələri yaddaqalan cizgilərlə zənginləşib.

Son söz əvəzi: Azərbaycanda belə bir məsəl var: “Meyvə verən ağaca daş atan çox olar”. Bu da bir həqiqətdir ki, meyvə verən ağac bağlı olduğu münbit torpağından, suyundan qidalanır. Dibinə düşən peyinlər isə ancaq onun inkişafına, qol-budaq atmasına xidmət edir.

https://www.youtube.com/watch?v=oEnV2ODAMoY