İtaliya Hərbi Dəniz Qüvvələrinə məxsus gəmi Liviya sahillərində rezin qayıqda köməksiz vəziyyətdə qalan 90 miqrantı xilas edib.
AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, Aralıq dənizində fəlakətlə üzləşən miqrant gəmiləri üçün nəzərdə tutulan “qaynar xətt” miqrantlarla son danışıqları cümə axşamı saat 8 radələrində qeydə alıb. Onlar qayıqda 5 yaşlı qızın öldüyü barədə məlumat veriblər.
Havanın kəskin pisləşməsi və qayığın mühərriksiz olması nəticəsində miqrantlar dənizdə köməksiz qalmışdılar.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır