Abşeron mayakı – 160

1673

1859-cu ildə Pirallahı adası ilə üzbəüz dağda tikilən Mayak,25 metrlik, lövbərlər şəklində pəncərələr və tağlı giriş ilə orijinal konstruksiyalı daş qüllədən ibarətdir.

Qüllənin zirvəsinə aparan daxili spiralvari nərdivan 102 pillədən ibarətdir.

Bu memarlıq abidəsi 1860-cı il oktyabrın 23-də istifadəyə verilmişdir və qülləsindən 38 km-lik görüntü sahəsini əhatə edir. Mayak gəmilərin materik və Pirallahı adası arasındakı Abşeron boğazına təhlükəsiz daxil olmasını təmin etmişdir.

1912-ci ilə qədər Mayak kerosin lampası ilə işıqlandırılırdı. 1912-ci ildən mayakın işıqlandırılması kerosin-qaz qurğusu, 1956-cı ildən isə elektrik lampası ilə əvəz edilmişdir. Hal-hazırda mayakın işıqlandırılmasını 500 vt-lıq elektrik lampası və xüsusi linzalar təmin edir.