AIIB Azərbaycanda dəniz suyunun duzsuzlaşdırılması zavodu üçün 45 milyon dollar ayırıb

20

Asiya İnfrastruktur İnvestisiya Bankının (AIIB) Direktorlar Şurası Azərbaycanın ilk irimiqyaslı Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun yaradılması üçün 45 milyon ABŞ dolları məbləğində maliyyələşdirməni təsdiqləyib.

Denizxeber.az bildirir ki, bunu trend-ə müsahibəsində AIIB-nin Baş direktoru Syaohun Yanq bildirib ki, bu layihə ölkənin su sektorunda ilk dövlət-özəl tərəfdaşlığı (DÖT) modeli kimi həyata keçiriləcək. Yanq qeyd edib ki, bankın Azərbaycanla əməkdaşlığı şəhər mobilliyi, bərpa olunan enerji, su təhlükəsizliyi və nəqliyyat-logistika sahələrini əhatə edir.

AIIB hazırda Bakı Metropoliteninin 820 milyon dollar dəyərindəki Yaşıl Xətt layihəsini və 200 MVt gücündə Abşeron-Qaradağ külək elektrik stansiyası layihəsini qiymətləndirir. Bank rəsmisi Azərbaycanın Mərkəzi Asiya, Türkiyə və Avropanı birləşdirən strateji mövqeyini və Orta Dəhlizdəki aparıcı rolunu yüksək qiymətləndirdiklərini vurğulayıb.