Şahin Babayev: “Məqsədimiz dəyər yaradan regional logistika mərkəzinə çevrilməkdir”

24

Qlobal təchizat zəncirləri inkişaf etdikcə biznesin etibarlı, səmərəli və dayanıqlı nəqliyyat marşrutlarına ehtiyacı artır.

Denizxeber.az bildirir ki, bu sözləri “AZCON Holding”in icraçı direktoru Şahin Babayev Azərbaycan-Çexiya biznes forumunda çıxışı zamanı deyib.

Şahin Babayev bildirib ki, Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat koridorlarına əhəmiyyətli investisiyalar yatıraraq beynəlxalq ticarət üçün mühüm imkanlar yaradır. Məqsəd yalnız tranzit dəhlizi olmaq deyil, həm də investorlar üçün dəyər yaradan regional logistika mərkəzinə çevrilməkdir. Çexiya şirkətlərinin mühəndislik və innovativ texnologiyalar sahəsindəki təcrübəsi ilə dəmir yolu sisteminin modernləşdirilməsinə töhfə verə biləcəyi vurğulanıb. Həmçinin Azərbaycan Hava Yollarının Bakı-Praqa reyslərinin bu il 14% artaraq 194 uçuşa çatacağı və bunun bizneslə turizmə müsbət təsir göstərdiyi qeyd olunub.