Oktyabrın 12-si bir çox ölkələrdə Ümumdünya Artritlə Mübarizə Günü kimi qeyd edilir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 1996-cı ildən etibarən keçirilən bu günün əsas amacı revmatoloji xəstəliklər problemə diqqət çəkmək və artritin profilaktikası, erkən diaqnostikası barədə məlumatlılığı artırmaqdır.
Denizxeber.az bildirir ki, artrit bir və ya bir neçə oynağın iltihabi xəstəliyi olub, 100-dən çox diaqnozu əhatə edir. ÜST-nin məlumatına görə, dünya əhalisinin hər on nəfərindən biri bu xəstəlikdən əziyyət çəkir. Müalicə olunmadıqda əlilliyə və əmək qabiliyyətinin itirilməsinə gətirib çıxaran artrit daha çox 30–50 yaş aralığındakı insanlarda müşahidə olunur və qadınlarda kişilərlə müqayisədə beş dəfə çox rast gəlinir.
Mütəxəssislər vurğulayırlar ki, xəstəliklə mübarizədə erkən diaqnostika və profilaktika həlledici rol oynayır. Sağlam həyat tərzi sürmək, bədən çəkisinə nəzarət etmək və fiziki aktivliyi artırmaqla artrit riskini azaltmaq mümkündür.





