“Xəzər-3” qurğusunda söküntü işləri zamanı yanğın baş verib

402

Xəzər dənizinin sahilə yaxın ərazisində yerləşən “Xəzər-3” qurğusunda söküntü işləri aparılan zaman yanğın baş verib. 

“Report” xəbər verir ki, məlumatı FHN yayıb. 

Hadisə nəticəsində 50 m² sahədə yağ və mazut qalıqları yanıb. 

Yanğın zamanı xəsarət alan olmayıb. Yanğın söndürülüb.