Türkiyədən “Hayfa” limanına gedən gəmidə yanğın baş verib

398

İsrail sahillərində “MSC Canberra” adlı gəmidə yanğın baş verib. Gəmi Türkiyənin Mersin şəhərindən hərəkət edərək “Hayfa” limanına istiqamət götürüb.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyə KİV-lərində məlumat yayılıb. İsrail mediasına istinadən verilən məlumatda bildirilir ki, ilkin ehtimala görə, gəmi dəniz quldurlarının hücumuna məruz qalıb.

203 metr uzunluğunda, 31 metr enində olan “MSC Canberra” quru-yük gəmisi Panama bayrağı altında üzür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır