“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-də qanvermə aksiyası keçirilib

430

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində (ASCO) qanvermə aksiyası keçirilib.

ASCO-dan AZƏRTAC-a bildirilib ki, Xəzər Dəniz Neft Donanmasının və İstehsalat Xidmətləri İdarəsinin akt zallarında baş tutan aksiyada əməkdaşlar həvəslə iştirak ediblər. Könüllü qan verənlər bunun xeyirxah və savab iş olduğunu diqqətə çatdıraraq belə aksiyalarda yaxından iştirak etməyin vətəndaşlıq borcu olduğunu bildiriblər.

Toplanan donor qanları isə Səhiyyə Nazirliyinin Mərkəzi Qan Bankına təhvil verilib.

Xatırladaq ki, sözügedən sosial təşəbbüs Prezident İlham Əliyevin təsdiq etdiyi “Hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara qayğı” Dövlət Proqramı və Heydər Əliyev Fondunun “Talassemiyasız həyat naminə” layihəsi çərçivəsində keçirilən tədbirlərə dəstək niyyəti daşıyır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır