Bakı Limanı – yeni terminalın uğurları

464

Süleyman Quliyev, Bakı Beynəlxalq Dəniz Ticarəti Limanının satış və marketinq departamentinin Baş mütəxəssisi

– Ötən il Ələt qəsəbəsində Bakı limanının yeni terminalının rəsmi açılışı olub. Biz sərgi ziyarətçilərinə limanın imkanları barədə ətraflı məlumat veririk. Limanın strateji mövqeyi sayəsində loqistika baxımından onun imkanları əhəmiyyətli dərəcədə genişlənib.

Belə ki, hər gün Bakı Beynəlxalq Dəniz Ticarəti Limanından Qazaxıstan istiqamətində Kırık və Aktau limanlarına, eləcə də Türkmənistanın Türkmənbaşı limanına bərələr yola düşür. Burada daim müxtəlif istiqamətlərdə yola salınan quru yüklər boşaldılır və yüklənir. Bakı-Tbilisi-Qars dəmir yolu isə Bakı limanı vasitəsi ilə Çindən Avropaya gedən konteynerləri qəbul etməyə imkan verir.

Bizim stenddə maraqlanan tərəflər limanın texniki təchizatı: mövcud kranların yükgötürmə qabiliyyəti, açıq və qapalı anbarlar, konteyner platformaları və s. barədə ətraflı məlumat ala bilərlər.

Stendimizdə Qazaxıstan, Türkmənistan və Rusiyanı təmsil edən qonaqları, eləcə də cari, həmçinin potensial tərəfdaşları görmək istərdik. Bundan başqa, biz açıq ictimaiyyətlə ünsiyyətə hazırıq. Ötən ay bizim limanda “Liman-festival” adlı açıq qapı günləri keçirilib və insanlar bura öz ailə və uşaqları ilə gəliblər. Onlara maraqlı şou göstərilib, eləcə də liman ərazisi üzrə tur keçirilib.