Mahaçqala limanındakı yanğın söndürülüb

424

Dağıstanın Mahaçqala şəhərində limanda tankerdə baş verən açıq yanğın söndürülüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildiriblər.

Daha əvvəl FHN-in Dağıstan üzrə Baş İdarəsinin rəis müavini Martin Mamayev qaz-hava qarışığının partladığı tankerdə yanğını söndürməyin yüksək temperatur səbəbilə çətin olduğunu bildirmişdi.

Qeyd edək ki, bu gün Mahaçqala ticarət limanında Rusiya bayrağı altında üzən “VF Tanker 16” tankerində partlayış baş verib, nəticədə beş nəfər yaralanıb, üç nəfər ölüb.

Hadisə xam neftin aşırılması zamanı baş verib. Rusiya Dəniz-Çay Donanmasından isə limanda neft sızması olmadığı açıqlanıb.