“SOCAR Trading” LNG ticarətini 4 dəfədən çox artırıb

315

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ticarət qolu – “SOCAR Trading” LNG (Liquefied Natural Gas – Mayeləşdirilmiş təbii qaz) üzrə ticarət həcmini 4 dəfədən çox artırıb.

“Report” xəbər verir ki, bu barədə SOCAR-ın sosial şəbəkələrdəki rəsmi səhifəsində qeyd edilib.

“SOCAR Trading” 2017-ci ildən etibarən LNG ixrac etməyə başlayıb. Qısa zamanda şirkət LNG üzrə ticarət həcmini 4 dəfədən çox artırıb”,- məlumatda bildirilib.