“Transneft” Mahaçqala limanında partlayış səbəbindən neft aşırılmasını dayandırıb

412

Mahaçqala limanında tankerin mühərrik bölməsində yanğının və sonradan partlayışın olması səbəbinə görə liman akvatoriyası bağlanılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə “Transneft” şirkətinin prezidentinin müşaviri İqor Dyomin bildirib.

Onun sözlərinə görə, yükün (6 min ton) yanmaq ehtimalı yoxdur.

Qeyd edək ki, Mahaçqalada tankerin partlaması nəticəsində 3 nəfər ölüb, 3 nəfər yanıq xəsarətləri alıb.