Bakı Limanında blokçeyn texnologiyasından istifadə edilir

402

“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-də blokçeyn texnologiyaları tətbiq olunur. Bu, əməliyyatları əhəmiyyətli dərəcədə sürətləndirməyə imkan verir, onları daha şəffaf edir. Həmçinin bu sistem ümumilikdə ekosistemə müsbət təsir göstərir və innovasiyaların tətbiqini stimullaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə QSC-nin İstismar xidmətinin müdiri Yucin Si Bakıda keçirilən “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” mövzusunda konfransda deyib.

O bildirib ki, Bakı Limanı azad ticarət mərkəzi və nəqliyyat hablarının birləşdiyi yerdir. Burada ən son texnologiyalar və innovasiyalar tətbiq olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır