Daşımaların istiqaməti – Azərbaycan, Rusiya, Türkiyə, Avropa

541

Şamil Süleymanov, “AZ Logistika and Management Services” şirkətinin daxili daşımalar bölməsinin satış üzrə meneceri

– “AZ Logistika” şirkəti ölkə daxilində və beynəlxalq səviyyədə yüklərin daşınması ilə məşğuldur. Şirkət təhlükəsiz və təhlükəli yüklərin daşınması, sonradan tullantıların: neft və yağ tərkibli mayelərin, çirkab və lay sularının, taxta, plastika və metal tullantıların utilizasiyası sahəsində ixtisaslaşıb. Biz işimizdə temperatur rejiminə nəzarəti tələb edən yüklər üçün soyuduculardan, əlverişsiz hava şəraitindən mühafizəni tələb edən yükləri daşımaq üçün tentlə örtülmüş avtomobillərdən, yanacağı daşımaq üçün avtosisternlərdən, natəmiz və təhlükəli yüklərin çəkilməsi və daşınması üçün vakuum (assentizator) maşınlarından və s. istifadə edirik. Bizim daşımaların əsas istiqamətləri Azərbaycan, Rusiya, Türkiyə, Avropa ölkələrindən ibarətdir.

Sərgidə iştirak “AZ Logistika” şirkətinin fəaliyyəti barədə ətraflı məlumat vermək, yeni tərəfdaşlar tapmaq və daimi müştərilər ilə ünsiyyət qurmaq imkanı verir. Biz daha çox ölkə daxilində və xaricdə stabil yük daşımalarının həyata keçirilməsində maraqlı olan təşkilatların nümayəndələri ilə görüşmək istəyirik. Bunlar istehsal şirkətləri, istixanalar və s. eləcə də fiziki şəxslər ola bilər.

Həmçinin belə yüklərin daşınması sahəsində təcrübəsi olan sərgi iştirakçıları ilə əməkdaşlıq qurmaq istərdik. Biz artıq bu sərgidə dəfələrlə iştirak etmişik və onun effektivliyinə əmin olmuşuq, belə ki bir sıra vacib görüşlər keçirməyə və sərfəli sazişlər imzalamağa nail olmuşuq.