Yaponiya və ABŞ Cənubi Çin dənizində birgə hərbi təlimlər keçirir

62

Yaponiya və ABŞ Cənubi Çin dənizində “Ronald Reagan” atom aviadaşıyıcı gəmisinin də qatıldığı birgə hərbi təlimlər keçirirlər.

AZƏRTAC “Sankei” qəzetinə istinadla xəbər verir ki, təlimlərdə Yaponiya özünümüdafiə qüvvələrinin “İzumo” helikopter daşıyan gəmisi də iştirak edir. Bildirilir ki, Yaponiyanın “Murasame” və “Akebono” esmineslərinin qatıldığı təlimlər iyunun 10-da başlanıb. Təlimlər əsasən, birgə hərəkətin idarə edilməsi üzrə aparılır.

Nəşrin bildirdiyinə görə, təlimlərin təşkilinin digər məqsədi Cənub-Şərqi Asiya ölkələri ilə ərazi mübahisələri aparan Çinin Cənubi Çin dənizindəki əraziləri fəal şəkildə mənimsəməsinin qarşısını almaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır