Ziyarətin məqsədi yeni əlaqələr qurmaqdır

794

İlham Nəsirov, “Az-Mariner” şirkətinin direktorunun müavini

 – Mən dəniz xidmətləri təklif edən nəqliyyat şirkətini təqdim edirəm. Sərgini ziyarət etməkdə məqsəd yeni əlaqələr qurmaq və şirkət barədə məlumat verməkdır. Mən sərgi sayəsində həmişə yeni dostlar tapır və işgüzar tanışlıqlar qururam. Bu, gələcək keyfiyyətli işdə öz əksini tapır. Sərgi səmərəli və faydalıdır.

Mən Bakı Limanının və “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin stendini bəyəndim. Sərgi yüksək səviyyədə təşkil edilib, lakin zənn edirəm ki, digər ölkələrdən daha çox sayda şirkət cəlb etmək üçün yeni vasitələr tapmaq, məsələn, limanlar üzrə ekskursiyalar kimi paralel tədbirlər keçirmək vacibdir.

Bununla bütün imkanları əyani şəkildə görmək və digər şəraitdə ünsiyyət qurmaq mümkündür. Hesab edirəm ki, bunun təsiri müsbət olacaq.