Dünyanın ən böyük şəxsi yaxtası olan 180 metr uzunluğundakı “Azzam” yaxtası Tivat şəhərinin “Porto Montenegro” limanına yan alıb.
AZƏRTAC Monteneqronun “vijesti” saytına istinadla xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Xəlifə bin Zayed əl -Nəhyana məxsus olan yaxta Tivatda uzunluğu 250 metrədək olan gəmiləri qəbul etməyə malik olan 5-ci limana yan alıb.
2013-cü ildə Almaniyanın məşhur “Lürssen Yachts” şirkətinin tərsanəsində xüsusi sifarişlə inşa edilən “Azzam”ın tikintisi 610 milyon dollara başa gəlib. Uzunluğu 180 metr, eni təxminən 21 metr olan gəmi 13 min 136 ton su tutumuna malikdir və orta kreyser ölçüsündədir. Super dəbdəbəli gəmi, həmçinin mini sualtı qayığa da sahibdir.
“Azzam”ın səthi güllə keçirməyən şüşədən hazırlanıb. Gəmi gəmi mümkün bombardman raketlərinə qarşı müdafiə olunması üçün yüksək təhlükəsizlik sistemi ilə təchiz edilib.
“Azzam” göyərtəsinə 36 sərnişin və onlara qulluq edən ekipajin 60 üzvünü ala bilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır