İran Oman körfəzində tanker olayı ilə bağlı 38 saniyəlik səs yazısı yaydı – hücumun arxasında Səudiyyə dayanır…

374

Iran mediası iyunun 13-də Oman körfəzində iki neft tankerinə edilən hücumun Səudiyyə Ərəbistanının dəstəyi ilə reallaşdırıldığını iddia edib.

Baki-xeber.com xəbər verir ki, Tehranın “İran Front Page Media Group” nəşri tankerlərə hücumun arxasında, Səudiyyə Ərəbistanı və İranın terror təşkilatı kimi tanıdığı Xalq Mücahidləri Təşkilatının (XMT) olduğunu göstərən səs yazısı yayıb.

38 saniyəlik səs yazısında təşkilatın kiber əməliyyatlar üzrə nümayəndəsi Şehram Fahtenin olduğu iddia edilən şəxsin təşkilatın ABŞ-da yaşayan digər üzvü Dayiul İslam olduğu deyilən şəxslə danışır. Təşkilatın kiber əməliyyatlar üzrə nümayəndəsi, “Keçən həftə baş verən partlayışda rejimi günahlandırmaq üçün əlimizdən gələni etdik. Səudiyyə Ərəbistanı nə edildiyini və olayın nəticələri ilə bağlı Məryəm Rəcəv (təşkilatın lideri) qardaşımızın ofisinə zəng vurdu”, – deyə bildirir.

Buna qarşılıq verən ABŞ-dakı təşkilat üzvü Dayiul İslam olduğu deyilən şəxs də hadisənin bir neçə istiqamətdə nəticələrinin ola biləcəyini deyərək “Məsələ BMT-nin Təhlükəsizlik Şurasına çıxa bilər və hətta hərbi müdaxiləyə gətirib çıxara bilər” – deyib.