“Qatargas” Türkiyəyə ilk dəfə LNG göndərib

363

“Qatargas” Türkiyəyə böyük həcmdə mayeləşdirilmiş təbii qaz (LNG) göndərib.

AZƏRTAC “Qatargas”a istinadla xəbər verir ki, şirkət dünyanın ən böyük LNG gəmilərindən biri olan “Q-Flex” tipli tankerlə 207 min kubmetrlik LNG-nin nəqlini reallaşdırıb.

Mayın 30-da 210 min kubmetr tutuma malik “Q-Flex” tipli “Əl-Sheehaniya” adlı tanker Ras Laffan limanından yola düşüb.

Qeyd edək ki, “Qatargas”ın 14 LNG tankeri və illik 77 milyon ton LNG istehsalı tutumu var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır