İrana məxsus tankerin Cəbəllütariqdə Böyük Britaniya hərbi gəmiləri tərəfindən saxlanılması körfəz ətrafında da gərginliyin artmasına səbəb ola bilər.
“Report” PressTV-yə istinadən xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Abbas Musəvi bildirib.
“Böyük Britaniyanın neft tankerini saxlamaq kimi pozucu əməlləri körfəzdə gərginliyi daha da artıra bilər”, – XİN rəsmisi bildirib.
Xatırladaq ki, Böyük Britaniyaya bağlı olan Cəbəllütariq hökuməti bu gün Panama bayrağı altında üzən “Grace 1” tankerini Suriyaya neft daşıdığı şübhəsi ilə saxlamışdı.
Qeyd edək ki, Aİ-nin Suriyaya qarşı sanksiyaları bu ölkə ilə az qala hər cür işgüzar əlaqələri, xüsusilə də neft və neft məhsulları ticarətini məhdudlaşdırır.