İngiltərə İrana aid neft tankerini müsadirə etdi – Səfir XİN-ə çağrıldı

348

İngiltərə ordusuna bağlı qüvvələr, Cəbəllütariq boğazında Suriyaya xam neft daşıyan tankeri saxlayıb.

Turkustan.info xəbər verir ki, buna səbəb kimi tankerin Avropa Birliyi tərəfindən qoyulan sanksiyalara əməl etməməsi göstərilib.

Yayılan məlumatlara görə, artıq Tehran İrandakı İngiltərə səfirini Xarici işlər nazirliyinə çağırıb.

Qeyd edək ki, məlumatı Cəbəllütariq Muxtar Hökumətinin başçısı Fabiyan Pikardo məlumatı təsdiqlətib.

Avropa Birliyi Suriyaya neft daşınması məhdudiyyətini ilə bağlı qərarı 2011-ci ildə almış, son qərarla isə 2020-ci ilə qədər uzadıb.