Xəzər İqtisadi Forumu çərçivəsində MDB ölkələri ilə innovativ əməkdaşlıq proqramı təqdim ediləcək

335

“Rossotrudniçestvo” Agentliyi Avazada I Xəzər İqtisadi Forumu çərçivəsində “Skolkovo” İnnovasiya Mərkəzinin Fondu və türkmənistanlı həmkarları ilə birlikdə MDB-nin iştirakçısı olan dövlətlərin 2020-ci ilə qədər Dövlətlərarası İnnovativ Əməkdaşlıq Proqramının təqdimatını keçirəcək.

Həmin proqram Türkmənistanın innovativ potensialının inkişafına böyük imkanlar açacaq. AZƏRTAC Türkmənistan KİV-lərinə istinadla bildirir ki, Ticarətə və İnvestisiyalara Dəstək üzrə Yüksək Səviyyəli Qrupun Aşqabadda keçirilən iclasında bu məsələ müzakirə olunub.

Yüksək Səviyyəli Qrupun Rusiya hissəsinin rəhbəri, Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Mixail Babiç deyib: “Ölkələrimiz arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi mühüm vəzifədir. “Rossotrudniçestvo”nun təklifi böyük diqqətə layiqdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır