Çöplərdən sənət əsəri: Lənkəranlı gənc “Titanik” də hazırlayacaq – VİDEO

407

Lənkəranın Separadi kəndində yaşayan 25 yaşlı gənc çöplərdən və taxtadan maketlər hazırlayır.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, Ülfət Bədəlov işdən sonra boş vaxtlarında internetdən seçdiyi eskizlər əsasında əl işləri düzəldir.

Onun ilk hazırladığı maket Eyfel qülləsi olub.

Ülfət deyir ki, bu iş əl qabiliyyəti ilə yanaşı, səbr də tələb edir. Çünki bir maketin hazırlanması bəzən iki-üç aya qədər vaxt aparır.

Hazırladığı maketləri indiyə qədər müxtəlif sərgilərdə nümayiş etdirən Ü.Bədəlov əl işlərinə görə fəxri fərmana da layiq görülüb.

Onun ən böyük istəyi isə əl işlərini genişləndirib sərgi təşkil etməkdir.

Ü.Bədəlov gələcək planlarından da danışıb. O qeyd edib ki, Qız qalasının, eləcə də 2,5 metr uzunluğunda “Titanik” gəmisinin uzaqdan idarə olunan maketini hazırlamaq istəyir.