İran Fars körfəzində qanunsuz neft daşıyan gəmini saxlayıb

84

İran İslam İnqilabının Keşikçiləri Korpusu (Sepah) Fars körfəzində qaçaqmalçılıq yolu ilə yanacaq daşıyan əcnəbi gəmini saxlayıb.

“Report” bunu “Press TV”yə istinadən xəbər verir.

Xatırladaq ki, iyulun 16-da Birləşmiş Ərəb Əmirliklərindən yola düşən tankerin İran ərazi sularında radarlardan itdiyi bildirilmişdi. AP İran ətrafındakı mövcud gərginliklə əlaqədar bu gəminin aqibətindən narahatlıq doğurduğunu yazmışdı.

Bu ayın əvvəlində Cəbəllütariq hakimiyyəti Avropa İttifaqı sanksiyalarının hədəfi olan Suriyaya xam neft daşıyan İrana məxsus “Grace 1” tankerini həbs etmişdi.