Dəniz Akademiyasının tələbəsi olmaq istəyənlərin NƏZƏRİNƏ

1407

Azərbaycan Dövlət Dəniz Akademiyası tələbə olmaq istəyən abituriyentlərə müraciət edib.  

Modern.az xəbər verir ki, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Azərbaycan Dövlət Dəniz Akademiyası  bu il tələbə adını qazanmaq istəyən abituriyentlərə təklif etdiyi ixtisaslar və onların plan yerləri haqqında məlumat verir.

* Gəmiqayırma və gəmi təmiri mühəndisliyi (tədris Azərbaycan dilində) Qəbul planı 30 yer. 
* Gəmi energetiik qurğularının istismarı mühəndisliyi (tədris Azərbaycan dilində) Qəbul planı 55 yer
* Gəmi energetiik qurğularının istismarı mühəndisliyi (tədris Rus dilində) Qəbul planı 20 yer
* Gəmi energetiik qurğularının istismarı mühəndisliyi (tədris İngilis dilində) Qəbul planı 25 yer
* Elektrik mühəndisliyi (tədris Azərbaycan dilində) Qəbul planı 30 yer
* Elektrik mühəndisliyi (tədris Rus dilində) Qəbul planı 20 yer
* Elektrik mühəndisliyi (tədris İngilis dilində) Qəbul planı 15 yer
* Dəniz naviqasıyası mühəndisliyi (tədris Azərbaycan dilində) Qəbul planı 55 yer
* Dəniz naviqasıyası mühəndisliyi (tədris Rus dilində) Qəbul planı 25 yer
* Dəniz naviqasıyası mühəndisliyi (tədris İngilis dilində) Qəbul planı 25 yer

* “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi” ixtisasından başqa digər ixtisasları seçməzdən əvvəl abituriyentlər ASCO-nun  “Dənizçilər poliklinikası”-nda xüsusi tibbi müayinədən keçməlidirlər.

* TİBBİ ARAYIŞ PULSUZ VERİLİR.

* Tibb arayış üçün tələb edilən sənədlər bu linkdə göstərilib. 

http://adda.edu.az/az/announce/237

* ADDA-da ödənişli əsaslarla təhsil haqqı illik 2000 azn-dir.