Türkiyəni qanunsuz yollarla tərk etmək istəyən 51 nəfər saxlanılıb

372

Türkiyənin Aydın şəhərinin Didim rayonunda ölkə ərazisini qanunsuz yollarla tərk etmək istəyən 51 nəfər saxlanılıb.

AZƏRTAC xəbər verir ki, Türkiyənin təhlükəsizlik xidmətinin əməkdaşları tərəfindən saxlanılanların rezin qayıq vasitəsilə Yunan adalarına keçmək istədikləri məlum olub.

Aralarında uşaq və qadınların da olduğu köçkünlər həkim müayinəsindən keçirildikdən sonra aidiyyəti qurumlara təhvil veriliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır