Liviya sahillərində 269 qanunsuz miqrant xilas edilib

333

Cümə axşamı Liviya sahillərində aparılan bir neçə əməliyyat nəticəsində yerli Sahil Mühafizə Xidməti tərəfindən 269 qanunsuz miqrant xilas edilib.

“Report” xəbər verir ki, bu barədə şənbə günü Liviya Hərbi Dəniz Qüvvələrinin rəsmi nümayəndəsi Eyyub Qasimə istinadən RİA “Novosti” məlumat yayıb.

Xilasetmə əməliyyatları iyulun 25-də aparılıb. Xilas edilən miqrantlar müxtəlif Afrika ölkələrinin vətəndaşlarıdırlar. Onların arasında qadınlar və uşaqlar da var. Miqrantlar sahilə çıxarıldıqdan sonra tibbi müəyinədən keçiriliblər və Qanunsuz Miqrasiya ilə Mübarizə İdarəsinə təhvil veriliblər.