Türk-rus əməkdaşlığında yeni səhifə… – Dünyada balans dəyişir

400

Şərqi Aralıq dənizində, Kipr adası ətrafında qaz və neft hasilatında rus və türk şirkətləri birgə çalışa bilər.

Teleqraf.com xəbər verir ki, bu məlumatı özündə əks etdirən məqalə “Türkiyə” qəzetində dərc olunub.

Qeyd edək ki, ABŞ Geoloji Tədqiqat Mərkəzinin araşdırmasına görə, Aralıq dənizinin bu hissəsində 3,5 trilyon kibmetr təbii qaz, 8 milyard barel neft ehtiyatı var.

Bu ərazidə tapılan neft və qaz ehtiyatı bölgədə gərginliyi artırıb. Nəticədə Cənubi Kipr Respublikası, Yunanıstan, İrsrail və Misir Şərqi Aralıq dənizində neft və qaz hasil edilməsi və nəqli haqda razılığa gəliblər. Onlara ABŞ və Avropa Birliyi də dəstək verir. Buradan hasil olunan qazın əvvəllər Türkiyə vasitəsi ilə Avropaya nəqli nəzərdə tutulurdu. Sonrakı siyasi hadisələr Türkiyənin kənarda qalması təhlükəsi yaratdı.

Hazırda həmin qazın İsrail, Cənubi Kipr Respublikası, Yunanıstan, Mora yarımadası və İtaliya üzərindən Avropaya çatdırılmasını əhatə edən East-Med boru xətti layihəsinə üstünlük verilib. Aralıq dənizində ən böyük su ərazisinə sahib olan Türkiyə isə neft və qaz enerji mənbələrindən öz payını istəyir.

“Türkiyə” qəzeti əvvəlcə Enerji və Təbii Ehtiyatlar naziri Fateh Dönməzin “Türkiyə Petrolları”nın bir sıra şirkətlərlə bu istiqamətdə danışıqlar apardığına dair açıqlmasına diqqət çəkib. Daha sonra isə Rusiya Energetika naziri Aleksandr Novakın belə söylədiyi bildirilir: “Şərqi Aralıq dənizində Rusiya və Türkiyə əməkdaşlıq edə bilər. Aralıq dənzində rus şirkətlərininin uğur qazandığı enerji layihələri var. Əgər ticari baxımdan hər iki tərəfi razı salan layihələr olsa, rus şirkətləri Şərqi Aralıq dənizində Türkiyə ilə əməkdaşlıq barədə qərar verə bilər”.

Qəzet yazır: “Türkiyə Şərqi Aralıq dənizində davam etdirilən enerji fəaliyyətlərindən kənarda qalmaq istəmir. Həm Türkiyənin, həm də Qüzey Kıbrıs Türk Cümhuriyyətinin mənafeyini qorumaq üçün hərəkət edilir və gərgin mübarizə aparılır”.

Artıq Türkiyənin 2 neft-kəşfiyyat gəmisi bölgədədir, biri də yola salınıb.