Türkiyədə gəmi limanında yanğın baş verib

437

Dünən Türkiyənin İstanbul şəhərindəki Ambarlı limanında lövbərdə dayanan gəmilərin birində yanğın baş verib.

Yanğın qısa müddət ərzində böyük ərazini əhatə edib.

Hadisə yerinə cəlb edilmiş çoxsaylı yanğınsöndürən maşın və yanğından mühafizə dəstələri yanğına müdaxilə edərək geniş ərazilərə yayılmasının qarşısını alıblar.

Yanğının səbəbləri araşdırılır.